Logo

Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan çempionatında uğurlu nəticə əldə edib

22.02.2022 16:19 448 baxış
IMG

Bakıda stolüstü-tennis üzrə Azərbaycan çempionatı keçirilib.

Tehsil.biz xəbər verir ki, çempionatda Sumqayıt şəhərini təmsil edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi yüksək nəticə əldə edib. Belə ki, məktəbin idmançıları qadınlar arasında komanda yarışında I, II və III, qadınların qoşa yarışında I, II, qoşa qarışıq yarışda 1 nəfər I, 1 nəfər II, şəxsi yarışda 1 nəfər I, 1 nəfər III və kişilər arasında komanda yarışında 4 nəfər III yeri tutub. 

Eyni zamanda Bakı şəhərini təmsil edən komandaların tərkibində 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələrindən 2 nəfər kişilər arasında komanda yarışında I, 2 nəfər II, 4 nəfər III, şəxsi yarışlarda 1 nəfər I, 1 nəfər II, qoşa yarışlarda 1 nəfər I, 4 nəfər III, qarışıq qoşa yarışlarda 2 nəfər III, yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələrindən 1 nəfər qadınlar arasında komanda yarışında III yeri tutub.

Xəbər lenti