“Coca Cola İçecek” şirkəti cari tədris ilinin sentyabr ayından sonuncu kursa başlayan tələbələr üçün Təcrübə proqramı elan edir.
Tehsil.biz xəbər verir ki, proqrama müraciət etmək üçün qoyulan tələblər aşağıdakılardır:
· İngilis dili bilikləri yüksək səviyyədə olmalıdır;
· İş təcrübəsi tələb olunmur;
· Texniki sahələr üçün müvafiq təhsil tələb olunur.
Proqrama https://careerscci.com/job/Baku-Intern/774858001/ linkinə daxil olaraq müraciət etmək mümkündür.
Müraciət etdikdən sonra onlayn qiymətləndirmə və Case Study mərhələsi olacaq. Bu mərhələlərdən uğurla keçən tələbələr 2022-ci ilin sentyabr ayında təcrübəyə başlayacaq. Enerjili və öyrənməyə həvəsli olan tələbələr həftədə 3 gün təcrübə keçmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Coca Cola İçecek” Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya, Tacikistan və Özbəkistanda fəaliyyət göstərən beynəlxalq şirkətdir. 11 ölkədə 29 zavod və 10.000-dən çox əməkdaşı ilə 430 milyon istehlakçıya xidmət göstərən şirkətdə bütün işə müraciət edənlər üçün bərabər imkanlar yaradılır.