Logo

“Finance & Banking Campus 2022” çərçivəsində üçüncü seminar investorlara həsr olunacaq

22.02.2022 18:38 434 baxış
IMG

“Finance & Banking Campus 2022” layihəsi Azərbaycan gənclərinin maliyyə, bank və iqtisadiyyatın digər sahələri haqqında bilik və bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulmuş təşəbbüsdür.

Təhsil İnstitutundan bildirilib ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən maliyyə, bank və sahibkarlıq sektorunda uğurlu fəaliyyət göstərən CEO, CFO və digər yüksək səviyyəli rəhbərlər iştirak edəcəklər. Kampus çərçivəsindəki 3-cü seminarda spiker qismində “Realeyes”in qurucusu və baş texnologiya direktoru Elnar Hacıyev “Angel investisiyaları - həqiqət və ya uydurma” mövzusunda çıxış edəcək. O, süni intellekt və maşınöyrənmə sahəsində ixtisaslaşan, o cümlədən texnoloji startapların qurulmasına sərmayə qoyan sahibkardır. E.Hacıyev Oksford Universitetində kompüter elmləri üzrə magistr və PhD dərəcəsinə malikdir.

Seminar startaplara və ilkin mərhələdəki müəssisələrə kömək etmək üçün maliyyə, sənaye bilikləri və müdrikliyi birləşdirən aktiv investorlara həsr olunacaq. Angel investorlar mentorluq, kouçinq, sənaye əlaqələrini sübut etməklə, effektiv nəzarət və idarəetmənin qurulmasına kömək etməklə bu müəssisələrə töhfə verirlər.

Kampusda iştirak etmək üçün ehtiyaci olan tələbələrə maliyyə dəstəyinin ayrılması nəzərdə tutulub.

Xəbər lenti