Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev məlumat verib.
Qeyd edək ki, Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Buzovnada anadan olub.
O, qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır.
Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.
Allah rəhmət eləsin!