İmişli şəhər 5 nömrəli məktəb-liseydə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Kikboksinq idman növü üzrə iki dəfə Azərbaycan çempionu, “Kinq fu” üzrə kəmər sahibi Elman Hüseynovla məktəblilərin görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, İmişli RTŞ-nin metodisti Rafiq Musayev çıxışında “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəminin olduğunu bildirib. Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı və kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.
Görüşdə Elman idmanda qazandığı uğurlar barədə şagirdlərə ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.