Logo

"Baku Skills" müsabiqəsinə qeydiyyatın müddəti uzadıldı

23.02.2022 11:11 571 baxış
IMG

Cari ilin 26-29 may tarixlərində Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq.

Tehsil.biz xəbər verir ki,“Teknofest Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyinin və ARTİ-nin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi tərəfindən təşkil olunur. “Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak etmək hüququ qazanan komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. 1-ci, 2-ci və 3-cü yerlərin sahibi olacaq komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulub.

Müsabiqə haqqında ətraflı məlumat və qeydiyyat üçün keçid: https://teknofest.az/az/competitions/competition/6  

Yarışmaya qeydiyyat üçün son tarix 28 fevral 2022-ci il.

Sözügedən müsabiqə ilə bağlı hər hansı sualınız olarsa, ARTİ-nin Təhsildə innovasiyalar şöbəsi ilə elektron poçt ([email protected]) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti