Logo

Azərbaycan Universitetində “Xocalı soyqırımı obyektivlərdə” sərgisi açıldı

23.02.2022 11:35 526 baxış
IMG

Azərbaycan Universitetində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə mühasirədəki Xocalı şəhərini işğal edərkən dinc Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı obyektivlərdə” sərgisi açılıb.

Tehsil.biz xəbər verir ki, sərgidə yerli və xarici fotoqraf və jurnalistlərin Xocalı və Ağdamda çəkdikləri şəkillər nümayiş olunur.

Sərgidə nümayiş olunan əsərlərdə soyqırımın miqyası və təfərrüatları, dinc əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş misli görülməmiş qəddarlıq, vəhşilik və cinayətlər barədə fraqment və faktlar öz əksini tapıb.

Xəbər lenti