Logo

Nazir müavini: "Xocalıda vaxtilə mövcud olmuş 14 məktəb ermənilər tərəfindən dağıdılıb"

23.02.2022 11:47 499 baxış
IMG

"Ermənilər Xocalıda vaxtilə mövcud olmuş 14 məktəbi dağıdıblar".

Tehsil.biz xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, buütün bunlar onların iç üzünü göstərir: "Fevralın 26-da Xocalı soyqırımından 30 il ötəcək: "Hər il həmin gün biz çox böyük kədər hissi keçiririk. Təəssüflər olsun ki, Xocalıda bütün infrastruktur dağıdılıb. Orada 14 məktəb fəaliyyət göstərirdi, hamısı dağıdılıb. Qəbirlər, tarixi abidələrimiz dağıdılıb. Bütün bunlar onların iç üzünü, niyyətini göstərir".

F.Qurbanov bu gün erməni kilsəsinin Bakda qorunub saxlanıldığını qeyd edib: "Bu məktəbə daxil olarkən düşünürəm ki, nə üçün Xocalı, Şuşa məktəbi Bakıda olmalıdır. Bu gün erməni kilsəsi Bakının mərkəzində qorunub saxlanılır. Xocalıdakı məktəblər isə darmadağın edilib".

Xəbər lenti