Logo

BDU Rumıniyanın Babes-Bolyai Universiteti ilə Erasmus mübadilə protokolu imzaladı

23.02.2022 11:56 435 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Rumıniyanın  Babes-Bolyai Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.

Tehsil.biz xəbər verir ki, protokolu BDU-nun rektoru Elçin Babayev və Babes-Bolyai Universitetinin rektoru Daniel David imzalayıb.

Protokol BDU ilə Babes-Bolyai Universiteti arasında əlaqələrin genişləndirlməsini, tələbə, tədqiqatçı və akademik heyətin mübadiləsini nəzərdə tutur.

Əsası 1959-cu ildə qoyulmuş Babes-Bolyai Universiteti Rumıniyanın nüfuzlu universitetlərindən biridir. 41 000-dən çox tələbənin təhsil aldığı universitetdə 22 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Babes-Bolyai Universiteti  QS WUR reytinqində 1001-1200-ci pillədədir.

Xəbər lenti