Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Bitki orqanizminin tamlıq problemi“ mövzusunda elmi seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, fakültənin Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli mövzu ilə bağlı məruzə edib. Məruzəçi bitkilərin ətraf mühitdə tamlığını mühafizə edərək inkişafı, adaptasiyası, orqanizmin balansının sabit saxlamaq üçün vacib olan elementlər haqqında elmi məlumatlar təqdim edib.
Sonda iştirakçıların məruzə ilə bağlı sualları cavablandırılıb, mövzu ətrafında diskussiya aparılıb.