Logo

Mingəçevir Dövlət Universitetində natiqlik təlimlərinə start verilib

23.02.2022 14:26 439 baxış
IMG

2021-ci ilin 21 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin Təşkilatçılığı ilə “Həyatda və karyerada nitqinlə fərqlən” adlı modul təlimlərə start verilib.

Tehsil.biz xəbər verir ki, təlimdə universitetin gənc akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Gənclərdə nitq mədəniyyətinin və natiqlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərin birinci modulunda MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Nəsibli təqdimatla çıxış edib.

Səlis nitqin insanın həyat və karyerasında önəmini vurğulayan S.Nəsibli səhnədə nitq zamanı həyəcanın dəf edilməsi və nitq mədəniyyətinə yaxşı yiyələnməyin üsullarından bəhs edib, işgüzar və akademik kommunikasiyada gözlənilməsi vacib olan qaydaları izah edib və düzgün nəfəs almaq üçün praktiki məşqlər nümayiş etdirib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da yeni yaradılan Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti