Logo

"Şuşa ili”nə həsr olunmuş interaktiv muzey həftəsi layihəsi həyata keçirildi - Fotolar

23.02.2022 16:49 913 baxış
IMG

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Muzeylər və Qarabağın mədəniyyət incisi Şuşa” adlı interaktiv muzey həftəsi layihəsi həyata keçirilib. 

Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində turizm profilli dərnək üzvlərinin Azərbaycan Milli İncəsənət Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Bülbülün ev-muzeyinə və Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiyası təşkil olunub. 

Ekskursiyalarda ümumilikdə 571 şagirdin ekskursiyası təmin olunub.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilərə muzeylərdə Şuşa irsinə aid olan eksponatlar, həmçinin Azərbaycan mədəniyyətinin inciləri, memarlıq salnamələri və zəngin mədəni irsi haqqında məlumat vermək, onların asudə vaxtlarını səmərəli təşkil etmək, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq və muzeylərin kolleksiya fondu ilə tanış etməkdən ibarətdir. 

Xəbər lenti