Logo

267 nömrəli məktəb-liseydə Su çərşənbəsi ilə əlaqədar xüsusi dərs keçirilib

23.02.2022 23:55 3359 baxış
IMG

Bakı şəhərində yerləşən 267 nömrəli məktəbdə baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi ilə əlaqədar xüsusi dərs keçirilib.

1-ci sinif şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə şagirdlərə Novruz bayramı, onun adətləri, çərşənbələri, bir sözlə tarixi haqqında məlumat verilib.

Şagirdlər - Vəliyev Məhəmməd, Əhmədzadə Mədinə, Hüseynzadə Mədət, Əliyeva Aydan, Babayev Mustafa, Kərimli Cahid, Talıbova Sevda, İbrahimzadə Mətin, Şəmmədli Sevil, Kərimli Məryəm, Məmmədəliyeva Leyla dərsi maraqla dinləyiblər. 

Məktəbin 1f sinfinin müəllimi Mədinə Şaxbanova şagirdlərin milli-mənəvi dəyərlərə, adət-ənənələrə ayrılmaz tellərlə bağlı olmasının vacibliyini vurğulayıb.

Tariximizin qədim bayramı olan Novruza gedilən yolda: Su, Od, Yel, Torpaq həftəsi və burada su çərşənbəsinin mahiyyəti şagirdlərə çatdırılıb. Odla qızınan, yel ilə canlanan torpağın su ilə islanıb bərəkət qazanması da suyun bərəkət, duruluq, həyat mənbəyi olması qeyd edilib. 

Digər şagirdlər - Ağazadə Rəhmannur, Əlizadə Zemfira, Əbilova Aylin, Oruczadə Renat, Rəhimova Məryəm, Əliyev İslam, Heydərli Naim, Qasımova Aliya, Miriyev Emil, Kərimli Lalə, Əlizadə Ayxan, Sadıq Ağa, Əlizadə İncinin marağına səbəb olan praktiki iş onlarda yüksək əhval-ruhiyyə yaradıb. 

Mədinə Şaxbanova, həmçinin su haqqında söylənilən bayatılarda adətimizin öz ritual əlamətinin, əskiliyinin yer almasını da bildirib:

Mən aşiqəm çəpərlər,
Torpağa şum təpərlər.
Novruzda yatan kəsin,
Üstünə su səpərlər.

Bayramın dəruni mahiyyətinin mərkəzində xalqımızın zəngin süfrə mədəniyyətinin dayanması, yeddi növ nemətlərdən biri olan səməninin baharın gəlişini bildirən vacib element olması şagirdlərə söylənilib. Səməninin ərsəyə gəlməsində istifadə olunan su və buğdanın əvəzsiz nemət olması şagirdlərin diqqətinə çatdırılıb.

Birincilərin - Atakişiyeva Fidan, Dəmirova Arzu, Dənziyeva Əsma, Rəcəbova Aylin, Hüseynli Kənan, Məhərrəmov Rüstəm, Musayeva Banu, Namazova Elmira, Rzayeva Aysel, Salahov Ağacəlal, Vəliyev Amin və digər balaların çöhrələrindəki xoş təbəssüm, qəlblərindəki fərəh hissi hər kəsdə yüksək ovqat doğurub.

Axırda Mədinə Şaxbanova çərşənbənin digər adlarını: "gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə" - olduğunu qeyd edib. Su kimi saf, gültək ətirli, gözəl balaları təbrik edib və xatirə şəkilləri çəkilib.

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi.

Xəbər lenti