Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev videoqəbul formatında vətəndaşları qəbul edib.
Tehsil.biz xəbər verir ki, idarə müdiri vətəndaşların müraciətini dinləyərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Videoqəbulda vətəndaşlar tərəfindən qaldırılmış məsələlər qeydiyyata alınıb, məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb. Vətəndaş qəbulu hər həftənin III və V günü saat 15:00-dan 17:00-dək keçirilir.
Videoqəbulun təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların GŞTİ-nə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir.
GŞTİ tərəfindən keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında GŞTİ-nin (022) 256 15 76 nömrəsinə zəng etməklə və ya İdarənin rəsmi mail ünvanına ([email protected]) yaza bilərlər.