Logo

Təhsil naziri Gəncədə vətəndaş qəbulu keçirəcək

24.02.2022 14:15 584 baxış
IMG

Təhsil naziri Emin Əmrullayev 12 mart 2022-ci il tarixində Gəncə şəhərində Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək.

Tehsil.biz xəbər verir ki, qəbulda Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeyd olunan şəhər və rayonların sakinləri 24 fevral – 4 mart 2022-ci il tarixlərində (saat 18:00-dək)  Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron sorğu (https://edu.gov.az/az/contact) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə videoqəbula yazıla bilərlər.

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır.

Xəbər lenti