Logo

ADU-da “Xocalı soyqırımı” adlı sənədli filmin nümayişi olub

24.02.2022 14:25 674 baxış
IMG

Fevralın 24-də Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasında  Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş dərslər keçirilib.

Tehsil.biz xəbər verir ki, dərs zamanı İngilis dili KİV-də  fənnini  tədris edən baş müəllim  Mülayim Bağırovanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan  ingilis dilində  “Xocalı soyqırımı” adlı sənədli filmin nümayişi olub.

Universitetin 205, 206 və 207  a/b qrup tələbələrinin  iştirakı ilə keçirilən dərs filmin müzakirəsi ilə davam edib.

Xəbər lenti