Logo

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə göstərən bakalavrların nəzərinə

24.02.2022 14:42 443 baxış
IMG

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə göstərən 25 bakalavr 2022-ci il martın 4-də DİM-in Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.

Tehsil.biz xəbər verir ki, görüşdə DİM-in məsul işçiləri tərəfindən bakalavrlara proqram və ixtisaslaşma seçimi ilə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.

Bakalavrlar DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.

Xəbər lenti