Logo

Məktəblilər arasında basketbol yarışları keçirilir

24.02.2022 16:25 895 baxış
IMG

İmişli rayonunun ümumi təhsil məktəbliləri arasında basketbol idman növü üzrə yarışlar keçirilir.

Yarışlar 2 saylı tam orta məktəbin idman zalında təşkil edilib. Yarışlarda rayonu üzrə ümumi təhsil müəssisələrinin 10 - 11 yaşlı qızlardan ibarət komandalar mübarizə aparır. Yarışlara 8 komanda qatılıb.

Qeyd edək ki, basketbol idman növü üzrə yarışlar Təhsil Nazirliyi və Azərbaycan Basketpol Federasiyasının təşkilatçılığı ilə keçirilir. Yarışlar basketbol idman növünə marağın məktəblərdə kütləviyinin artırılması və sağalm həyat tərzinin aşılanması məqəsdilə keçirilir.

Rayon turunun qalibi olan komanda zona yarışlarında iştirak etmək hüququ qazanır.

Xəbər lenti