Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evi 2021-ci ilin yanvar ayından Rusiya Federasiyasının “Polpred com” axtarış bazasının “Нефть, газ, уголь в РФ и за рубежом” sahəsi üzrə elektron resurslarına giriş imkanları əldə edib.
Universitetdən verilən məlumata görə, məlumat axtarış bazalarından Azİİ e-Kitab Evinin ümumilikdə qeydiyyatdan keçən 5500-ə yaxın oxucusu və ADNSU-nun professor-müəllim heyəti istifadə edə biləcəklər. Qeydiyyatdan keçməyən tələbələr isə [/[email protected]][email protected] elektron ünvanına müraciət etməklə həmin xidmətlərdən qismən yararlana biləcəklər. Pandemiya dövrü ilə əlaqədar olaraq Azİİ e Kitab Evinin abunə olduğu məlumat bazaları oxucularımız üçün həmçinin evdən giriş imkanlarını da aktiv ediblər.
Qeyd edək ki, «Polpred com” axtarış bazası Rusiya Federasiyasının ən geniş məlumat axtarış bazasıdır. Bu verilənlər bazasına Rusiya Federasiyasında və xaricdə neftin, qazın çıxarılması, nəqli və saxlanması, kəşfiyyatı və emalı, eləcə də kömürün, morfun çıxarılmasına aid məqalələr və digər materiallar verilib. Ümümilikdə “Polpred com” axtarış bazasına Rusiyanın 8 federativ dairəsi üzrə 53 sahədən 600 mənbə və son 20 ili əhatə edən digər informasiyalar verilib.