Azərbaycan Dövlət Pedaqoji Universitetinin Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən təşkil olunan “Tyutor (akademik məsləhətçi) hazırlığı” üzrə sertifikat proqramına sənəd qəbulu elan edilir.
ADPU-dan bildirilib ki, təlimdə təhsil qanunvericiliyi, tələbələrlə davranış qaydaları və onlarla işin psixoloji xüsusiyyətləri, ingilis dili səviyyəsinin yüksəldilməsi və s. məsələlər barədə məlumat veriləcək.
Ödənişli əsaslarla distant formada (“Microsoft Teams” platformasında) təşkil olunacaq təlim dekabrın 25-dən 2021-ci il fevralın 25-dək davam edəcək.
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara imtahandan topladıqları ballara uyğun sertifikat təqdim olunacaq.