Logo

Bir qrup Vətən müharibəsi qazisi İKT sahəsi üzrə peşə hazırlığına cəlb edilib

25.02.2022 09:09 554 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki “İT Learning Centre” MMC tərəfindən 20 nəfər Vətən müharibəsi qazisi də İKT sahəsi üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Tehsil.biz"ə verilən xəbərə görə, “Peşə öyrən, işsiz qalma” devizi ilə təşkil edilən bu kurslarda ümumilikdə 43 işsiz şəxs İKT sahəsi üzrə peşələrə (İT mütəxəssis-proqram təminatçısı və inkişafetdirici, informasiya sistemləri mütəxəssisi, şəbəkə administratoru və s.) peşələrə yiyələnirlər.

Müəllim-pedaqoji heyət tərəfindən onlara kompüter sistemləri, proqramlaşdırma dilləri, proqram təminatı və sistemləri, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyinin əsasları, kiçik və orta ölçülü şəbəkə qurulması, bu şəbəkələrə dəstək verilməsi, proqram təminatı mühəndisliyi və digər mövzularda zəruri bilik və bacarıqlar tədris olunur.

Peşə hazırlığı dövründə müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də ödənilir. Kursu uğurla bitirən şəxslərə Agentlik tərəfindən sertifikatlar təqdim olunacaq və yeni öyrəndikləri peşələr üzrə məşğulluğunun təminatına dəstək göstəriləcək.

Xəbər lenti