Logo

Azİİ e-Kitab Evində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib

25.02.2022 10:04 584 baxış
IMG

Fevralın 25-də ADNSU Azİİ e -Kitab Evində Xocalı soyqırımının 30 illiyinə  həsr olunmuş “Xocalı soyqırımı -30” adlı kitab sərgisi təşkil edilib.

Tehsil.biz xəbər verir ki, sərgidə Azərbaycan tarixinin ən dəhşətli faciələrindən və səhifələrindən olan Xocalı soyqırımını, Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquq və normaların kobudcasına pozulmasını, Xocalı şəhərinin yerlə-yeksan edilməsini və dinc əhaliyə misli görünməmiş vəhşiliklər edilməsini, habelə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən qəhrəmanların döyüş yollarını və ümumilikdə Xocalı qətliamını əks etdirən kitablar, müxtəlif imzalardan ibarət sənədlər, jurnallar, dövri mətbuat nümunələri və şəkillər öz əksini tapıb.

Sərgidə həmçinin, "Xocalı soyqırımı: Milyon imza-bir tələb" adlı 16 cilddən ibarət kitablar də yer alıb.16 cilddən ibarət olan bu imzalar toplusu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  erməni işğalçılarının törətdikləri Xocalı soyqırımının tanınması çağırışı ilə keçirdiyi kampaniya nəticəsində hazırlanıb.

Qeyd edək ki, “Xocalı soyqırımı: Milyon imza -bir tələb" adlı 16 cilddən ibarət olan imzalar toplusu dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının arxivlərində və kitabxanalarında saxlanmaq üçün təqdim edilib.  Bu imzalar təkcə bir milyonun imzası deyil, bu Xocalı faciəsi qurbanlarının harayı, milyonlarla azərbaycanlının  haqq və ədalət tələb edən birgə səsidir.

Həmçinin “Xocalı soyqırımı -30” adlı virtual sərgi online rejimdə də  istifadəçilərə təqdim olunub.

Xəbər lenti