F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
"Tehsil.biz" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə qoşulan şagirdlərə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, F.Köçərli seminariyanın ilk müəllimlərindən olub, geniş mədəni-maarif işləri aparıb. Seminariyanın bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində F.Köçərlinin xüsusi xidmətləri olub.
Tədbir zamanı iştirakçılar F.Köçərliyə həsr olunmuş sənədli filmi izləyiblər.