Logo

Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir

25.02.2022 13:10 547 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə 1 nömrəli Bakı Tibb Kolleci arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

TKTA-dan bildirilib ki, müqaviləyə əsasən agentliyin peşəkar ekspertləri tərəfindən 1 nömrəli Bakı Tibb Kollecinin əməkdaşlarına keyfiyyət təminatına dair təlimin keçirilməsi nəzərdə tutulur.

Təlimlərin əsas məqsədi 1 nömrəli Bakı Tibb Kollecinin pedaqoji və inzibati heyətinə daxili və xarici keyfiyyət təminatı sisteminə dair geniş məlumat vermək və daxili keyfiyyət təminatının formalaşmasına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.

Xəbər lenti