Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi ofisiant ixtisası üzrə qısamüddətli təlimə ərizə qəbulu elan edib.
Tehsil.biz xəbər verir ki, təlim Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.
Bir ay müddətində “Khazar Palace” hoteli ilə əməkdaşlıq çərçivəsində keçiriləcək təlim zamanı iştirakçılar hotel və restoranlarda yüksək səviyyəli masa xidmətinin təşkilinə dair zəruri bilik və bacarıqlara yiyələnəcəklər. Ərizə və müsahibə yolu ilə keçirilən seçim mərhələlərini uğurla keçən namizədlər təlimlərə iştirakçı qismində cəlb ediləcəklər. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.
Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu martın 9-dək aparılacaq.