Logo

Ali məktəblərə qəbul imtahanlarının vaxtı bilindi

25.02.2022 14:09 622 baxış
IMG

"Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır".

Tehsil.biz xəbər verir ki, bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

O bildirib ki, digər imtahan qrafikləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb: "Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər".

Xəbər lenti