Logo

ASAPES-də Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib - Foto

25.02.2022 15:22 478 baxış
IMG

Fevralın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, faciənin qurbanları bir dəqiqəlik sükütla yad edilib.

Akademiyanın professor-müəllim və tələbə heyətinə Xocalı soyqırımı haqqında məlumatlar verilib, İkinci Qarabağ müharibəsi zamanı müzəffər ordumuzun qalibiyyətindən bəhs edilib.

Tədbirin sonunda “Xocalı: Bir millətin kədəri” adlı sənədli film nümayiş olunub.

Xəbər lenti