“Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarının Dövlət İmtahan Mərkəzinin keçirməsi ilə bağlı müraciət daxil olub”.
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, Nazirlik bununla bağlı Dövlət İmtahan Mərkəzinə sifariş göndərib: "Hazırda işçi qrupu yaradılıb. Müzakirələr aparılır. Texniki tələblər göndərilib və tərəfimizdən layihə hazırlanır. Baza da yaradılıb və yekun razılaşmadan sonra müqavilə imzalanarsa, imtahanları keçirə bilərik".