Logo

Bağçaların Təhsil Nazirliyinə təhvil verilməsi martda yekunlaşacaq

25.02.2022 16:33 654 baxış
IMG

"Hazırda bağçaların Təhsil Nazirliyinə təhvil verilməsi prosesi gedir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, regionlarda proses müxtəlif cür gedir. Nazir deyib ki, prosesin mart ayında yekunlaşması nəzərdə tutilur.

Nazir deyib ki, hazırda bağça müəllimlərinin işə qəbul qaydaları hazırlanır:

“Bu proses müəllimlərin işə qəbul qaydalarına oxşar olacaq. Sualların necə olacağını açıqlayacağıq. Hazırda bizim mütəxəssislər bunun üzərində işləyir” – E. Əmrullayev qeyd edib.

Xəbər lenti