Logo

"Xəzər Universiteti işləri çətinləşdirir" - ŞİKAYƏT

17.12.2020 23:39 1734 baxış
IMG

Xəzər Universitetinin 100-dən çox tələbəsi tərəfindən alınan şikayəti təqdim edirik: 

 

Salam. Mən Xəzər universitetinin tələbəsiyəm və sizdən xahiş edirəm ki, şikayətimizə baxasınız. Bütün ali təhsil müəssisələrində olduğu kimi, bizim universitetdə də dərslər onlayn şəkildə təşkil olunur. Keçən semestr yaranmış çətinliklərə görə tələbələrə rəhbərlik tərəfindən müəyyən güzəştlər tətbiq edildi. Bu semestr isə, güzəşt yerinə işləri daha da çətinləşdirirlər. Keçən semestr kameranı və mikrofonu açmaqdan, qayıb limitindən söhbət getmirdi, lakin bu il bizdən bunları tələb edirlər. Ölkədə yaranmış gərgin vəziyyət və karantin müddətinin uzadılması biz tələbələrin günahı deyil. Üstəlik hər tələbənin 150 dəqiqə ərzində kameranı açıq saxlamağa imkanı və şəraiti yoxdur. Ölkədəki internet sürəti də problemsiz bağlantının qurulmasını təmin edəcək səviyyədə deyil. İmtahan müddətində tələbədən asılı olmayaraq yaranmış hər hansı texniki problemin məsuliyyətinin də yenə biz tələbələrin üzərinə atılıb-atılmayacağı məlum deyil.
Dərslərin müharibə şəraitinə görə ləngiməsi və tələbələrin psixologiyası haqqında yazmağa isə məncə ehtiyac belə yoxdu.
Keçən semestr imtahanlar necə keçirilmişdi və bu il bizdən nə şəkildə tələb olunur ⤵️
• İmtahan müddəti 3 saatdan 150 dəqiqəyə ( 2.5 saat) endirilib.
• Open-book sistemi ləğv edilib, kameraların açılması tələb olunur.
• Qayıb limiti nəzərə alınmırdı - indi isə 30%dən çox dərs buraxan tələbələr imtahana buraxılmır və onlardan əlavə tapşırıqlar tələb olunur.
• Bundan əlavə, qeyd edim ki, normalda semestr ərzində keçirilən dərs materialı 2 hissəyə bölünür və yarısını aralıq imtahanında, qalan yarısını isə final imtahanında oxuyurduq. İndi isə aralıq imtahanı ləğv olunduğu üçün bütün materialı bizə yükləyiblər.
Xahiş edirəm, şikayətimizə baxılsın və tələbələrin vəziyyəti və xahişləri nəzərə alınsın. Diqqətinizə görə təşəkkürlər!

Xəbər lenti