22 fevral - 4 mart tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "İdman menecmenti" magistr proqramının 1-ci kurs tələbələri üçün Böyük Britaniyanın Bornmut (Bournemouth) universitetinin professoru Amanda Pickney tərəfindən "İdman psixogiyası" modulu tədris olunur.
Bu barədə "Tehsil.biz"ə akademiyadan məlumat verilib.
Bildirilib ki, modul çərçivəsində idmançıların psixoloji hazırlıq, şəxsi keyfiyyət, stress və mübarizə mənbələri və digər mövzular əhatə olunur.