Almaniyanın Düsseldorf şəhərində Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan jurnalist Svetlana İsmayılova vəfat edib.
Tehsil.biz axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, S.İsmayılova 83 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Svetlana İsmayılova uzun illər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifəsində çalışıb, yüzlərlə bədii və sənədli filmlərin istehsalında yaxından iştirak edib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq və ekran dramaturgiyası" kafedrasında baş müəllim, dosent vəzifələrində çalışıb. O, "Qızıl Qələm" mükafatı laureatı idi.