Logo

Məcburi köçkün məktəblərinin hansı formada idarə ediləcəyi müəyyənləşib

26.02.2022 10:14 479 baxış
IMG

Əhalinin doğma torpaqlarına qayıdışı həyata keçirilənədək Şərqi Zəngəzur və Qarabağ regional təhsil idarələrinin əhatə etdiyi rayonlarda yerləşməyən məktəblərinin hansı formada idarə ediləcəyi açıqlanıb.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində qeyd edilib.

Əmrə əsasən, Şərqi Zəngəzur və Qarabağ regional təhsil idarələrinin əhatə etdiyi rayonlarda yerləşməyən məcburi köçkün təhsil müəssisələrində təhsilin təşkili və cari idarəetmə məsələləri (maliyyələşmə istisna olmaqla) işğaldan azad edilmiş ərazilərin bərpası, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı həyata keçirilənədək həmin təhsil müəssisələrinin yerləşdiyi şəhər və ya rayonun aid olduğu regional təhsil idarələri tərəfindən tənzimlənəcək.

Xəbər lenti