Logo

ADNSU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

26.02.2022 11:10 479 baxış
IMG

Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Universitetin professor-müəllim heyətinin və tələbələrin qatıldığı tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının, o cümlədən Vətən uğurunda canından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək müxtəlif dövrlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlər haqda danışaraq Xocalı soyqırımının müstəqil Azərbaycanın tarixində ən dəhşətli faciələrdən biri olduğunu deyib. O, Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu, Azərbaycan xalqının yaddaşında bu cinayətin, misli görünməmiş vəhşiliyin heç zaman unudulmayacağını qeyd edib.

Universitetin İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev Xocalı soyqrımı haqqında danışarkən Azərbaycan tarixinə kiçik ekskursiya edib. O, tarixi faktları sadalamaqla iştirakçıların diqqətinə çatdırıb ki, erməni daşnakları hər bir fürsətdə azərbaycanlılara qarşı cinayət törətməyə, Azərbaycan torpaqlarını mənimsəməyə çalışıblar. Zamanında tarixi ədalətin bərpa olunduğunu deyən kafedra müdiri 30 ilə yaxın bir müddətdə düşmən tapdağında olan torpaqlarımızın 44 gün ərzində işğaldan azad olunması ilə Xocalıda şəhid olanların ruhunun şad olduğunu bir daha tədbir iştirakçılarının diqqətə çatdırıb.

Xəbər lenti