Logo

Tarix Muzeyində növbəti interaktiv dərs

26.02.2022 14:56 455 baxış
IMG

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə “Elmi macəralar saatı” layihəsi çərçivəsində növbəti interaktiv dərs təşkil olunub. 

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

“Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisində muzeyin Fotoneqativ materiallar fondunun müdiri Afət Kərimova tərəfindən keçirilən interaktiv dərsdə Bakı İstanbul Liseyinin rus dili bölməsinin şagirdləri iştirak ediblər.

Dərsin birinci hissəsində şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında məlumat verilib, ikinci hissəsində isə intellektual oyun keçirilib.

Xəbər lenti