Logo

UNEC Ömürboyu Təhsil Mərkəzi rəqəmsal marketinq kursuna start verib

26.02.2022 16:35 382 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ömürboyu Təhsil Mərkəzi rəsmi sertifikatlı rəqəmsal marketinq kursuna start verib.

UNEC-dən bildirilib ki, rəqəmsal marketinq sferasında ölkə və beynəlxalq miqyasda proyektlərə imza atmış 5 ekspert rəqəmsal marketinqə dair bilikləri özünəməxsus şəkildə, praktiki öyrənmə üsulları ilə sıfırdan peşəkar səviyyəyə qədər tədris edəcəklər.

Kursun tədris metodikasının ənənəvi üsullardan əsas fərqi isə ondan ibarətdir ki, kurs birbaşa praktikaya əsaslanıb və iştirakçılar kurs müddətində ekspertlərlə birlikdə bir proyekti sıfırdan birlikdə yaradacaq və öyrənəcəklər.

Kursu uğurla tamamlamış şəxslərə müvafiq istiqamətlərdə təcrübə keçmək fürsəti də yaranacaq. Qeyd edək ki, kursu tamamladıqdan sonra tələbələrin tətbiqdə çətinliyi yaranarsa 2 ay ərzində əlaqədar mütəxəssislərlə görüş təşkil olunaraq sualları cavablandırılacaq.

Sonda iştirakçılara UNEC sertifikatı veriləcək.

Təlimçilər və kursun mövzuları haqqında ətraflı məlumat UNEC-in saytında yerləşdirilib.

Xəbər lenti