Logo

İncəsənət məktəbində Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilib

27.02.2022 14:35 506 baxış
IMG

Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbində Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilib.

İdarədən bildirilib ki, tədbirdə məktəbin direktoru, professor Adilə Yusifova, müəllimi Aytən Manafova Xocalı faciəsi barədə danışıb. O günün dəhşətlərini, insanlarda buraxdığı izləri, böyüməyən uşaqları, qocaları, çarəsiz anaları, ataları xatırladıb. Ermənilərin xalqımıza qarşı törətdiyi misli görünməmiş işgəncələrdən və əliyalın azərbaycanlıların soyuq qış günü çəkdiyi əziyyətlərdən söz açaraq bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları Xocalıya basqın edib. Aralarında uşaqlar, qadınlar və qocalar olmaqla 613 nəfər vəhşicəsinə öldürülüb.

Tədbir daha sonra ədəbi-bədii hissəsi ilə davam edib.

Xəbər lenti