Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunan videoçarx Pakistan İslam Respublikasında minlərlə insan tərəfindən izlənilib.
Tehsil.biz xəbər verir ki, videoçarxı Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyi, Pakistan Müsəlman İnstitutunun təsisçisi Sahibzada Sultan Muhammad Ali, Pakistan İslam İnstitutunun sədri H.E. Sahibzada Sultan Ahmed Ali öz twitter hesablarında paylaşıblar. Videoçarx qısa zaman ərzində 330000 - dən çox insan tərəfindən izlənib.
Bu videoçarx Pakistan xalqının Azərbaycan xalqına olan hörmətinin ifadəsi olmaqla yanaşı həm də Xocalı həqiqətlərinin dünyaya tanıdılmasında Azərbaycan xalqının yanında olduğunu göstərir.
Eyni zamanda, Pakistan Müsəlman İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ilə Pakistan Müsəlman İnstitutu arasında əməkdaşlıq müqaviləsi mövcuddur.