Logo

“ComplexCore+” şirkəti tərəfindən ASAPES-in tələbələri üçün təlimlər keçirilir

28.02.2022 12:49 667 baxış
IMG

Avstriyanın “ComplexCore+“ şirkətinin Baş icraçı direktoru Roman Yahoda (Roman Jahoda) və Baş əməliyyat və Baş maliyyə direktoru Tomas Taro Netzer (Thomas Taro Netzer) 27 fevral - 6 mart 2022-ci il tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) silsilə təlimlər keçirir.

Bu barədə "Tehsil.biz"ə akademiyadan məlumat verilib.

Bildirilib ki, təlimin ilk günündə “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” ixtisaslar üzrə bakalavr və magistr tələbələri iştirak ediblər.

Xəbər lenti