Alimlərin yeni araşdırması Aralıq dənizi pəhrizinə riayət etməyin sümük sıxlığına müsbət təsir göstərə biləcəyini göstərir.
Tədqiqatçılar 13 mindən çox insan haqqında məlumatları araşdırıblar. Onlar Aralıq dənizi pəhrizi ilə onurğa, boyun, omba və ümumiyyətlə bədəndə daha yüksək sümük sıxlığı arasında kiçik, lakin əhəmiyyətli bir əlaqə tapıblar.
Alimlər qeyd edirlər ki, pəhriz genetik olaraq xəstəliyə meylli olanlarda osteoporozun qarşısını almaq və ya onu müalicə etmək üçün kifayət deyil. Bununla belə, sağlam pəhriz iltihabın azaldılması kimi müsbət effekti təmin edir və bu, sümük mexanizmlərinin daha sağlam işləməsinə kömək edir.
Qeyd edək ki, Aralıq dənizi pəhrizinə zeytun və zeytun yağı, bütün dənli bitkilər, balıq və digər dəniz məhsulları, bol tərəvəz, lobya və qoz-fındıq daxildir.
Mənbə: ferra.ru