Logo

"Valideyn-övlad münasibətləri” mövzusunda növbəti təlim keçirilib - FOTO

28.02.2022 20:45 506 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru "Valideyn-övlad münasibətləri” mövzusunda növbəti təlimini keçirib.

Tehsil.biz xəbər verir ki, təlimdə 20 tələbə və əməkdaş iştirak edib.

Təlim zamanı moderator və iştirakçılar arasında “Övladın ixtisas seçimində valideynin rolu”, “Valideynlərin öhdəlikləri”, “Ailələrdə fiziki və mənəvi şiddətin övlad-valideyn münasibətlərinə təsiri”, “Mentalitetin ailə münasibətlərinə təsiri”, “Valideynin öz yaşantılarını usaqlara aşılaması” mövzularında müzakirələr aparılıb.

Təlimlərin hər həftə keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti