Logo

19 illik direktorun işdən azad edilməsinə səbəb nə olub? - Valideynlər etiraz edir - VİDEO

28.02.2022 22:08 1568 baxış
IMG

Abşeron rayonunun Masazır kəndindəki Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin direktorunun işdən azad edilməsi müəllim və valideynlərin etirazı ilə qarşılanıb.

"Tehsil.biz"in Xezerxeber.az-a istinadən məlumatına görə, onlar iddia edirlər ki, direktora qarşı haqsızlıq edilib və o, qəsdən işdən çıxarılıb.

Səsləndirilən iddialara rayon təhsil şöbəsindən münasibət bildirilib. Bəs görəsən 19 il direktorluq etmiş İlham Çıraqovun işdən azad edilməsinə səbəb nə olub? 

Direktorun işdən azad edilməsi qalmaqala səbəb olub.

Şagird, müəllim və valideynlər onun qanunsuz olaraq işdən çıxarıldığını iddia edirlər. Hadisə Abşeron rayon Masazır kəndində yerləşən Laçın rayon Çıraqlı kənd tam orta məktəbində baş verib. 

Müəllim və valideynlər sözügedən məktəbdə 19 il direktorluq etmiş İlham Çıraqovun işdən azad edilməsini qəbul edə bilmirlər. İddia edilir ki, Laçın rayon Təhsil şöbəsinin müdiri Nicat Həsənov direktoru qəsdən işdən çıxarıb.

İşdən azad edilmiş İlham Çıraqovla da görüşdük. Müsahibə verməsə də, şifahi olaraq qeyd edib ki, ona qarşı edilənlər hazqsızlıqdır. Səsləndirilən iddialarla bağlı laçın rayon Təhsil şöbəsindən bildirilib ki, ötən il sentyabrın 24-də onunla bağlı şikayət daxil olub. Həmin il oktyabrın 5-də təhsil nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində məktəbdə tədrisin təşkili, əmək intizamına əməl edilməsi, sənədləşmə işlərinin aparılması və digər sahələrdə bir sıra nöqsanlar aşkar edilib.

Bildirildi ki, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Çıraqlı kənd tam orta məktəbin direktoru İlham Çıraqovla bağlanmış müqavilə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən Təhsil nazirinin əmri ilə ləğv edilib.

Xəbər lenti