“PAŞA Həyat Sığorta” şirkətinin İnvestisiya şöbəsinin rəhbəri Ozal Talıblı və İnsan resursları üzrə mütəxəssisi Nərmin Salmanova Bakı Ali Neft Məktəbində (BANM) tələbələr üçün investisiya mövzusunda bilik mübadiləsi keçiriblər.
Tehsil.biz xəbər verir ki, görüşdə investisiya sahəsinin yaranması, əsasları və əsas alətləri barədə tələbələrə məlumat verilib, şirkətin investisiya sahəsində əldə etdiyi bilik və təcrübə bölüşülüb.
Görüşün sonunda tələbələrə hədiyyələr təqdim edilib, onların sualları cavablandırılıb.