Logo

Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının “Sürətli oxu yarışı" adlı tədbiri keçirilib

01.03.2022 09:40 743 baxış
IMG

Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının “Sürətli oxu yarışı" adlı tədbiri keçirilib.

ATGTİ tərəfindən həyata keçirilən "Hədəf 10%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının və onun nəzdində fəaliyyət göstərən Kitab klubunun təşkilatçılığı ilə ATGTİ-nin ofisində “Sürətli oxu yarışı” adlı tədbir keçirilib.

Gənclər arasında mütaliəyə marağın artırılması məqsədini daşıyan layihə çərçivəsində tələbələr onlara təqdim olunan kitabı oxuyaraq sualları cavablandırıblar. Yarışın sonunda suallara daha çox doğru cavab verərək qalib gələn üç tələbə kitablarla mükafatlandırılıblar.

Xəbər lenti