Logo

Amsterdamın mərkəzi meydanında “Bir gecənin sirri” tamaşası təqdim edilib

01.03.2022 11:20 504 baxış
IMG

Amsterdam şəhərinin Dam meydanında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Bir gecənin sirri” adlı tamaşa nümayiş edilib.

Tehsil.biz xəbər verir ki, tamaşa Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırovanın eyniadlı hekayəsinin motivləri əsasında səhnələşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin təşkilatçılığı ilə təqdim olunan pantomima tamaşasında rolları diasporumuzun gənc üzvləri canlandırıblar. Müəllifin niderland dilində səsləndirdiyi tamaşa ətrafdan keçən yerli sakinlərin və turistlərin diqqətini cəlb edib.

Tamaşadan təsirlənən yerli sakinlərin suallarını cavablandıran Firəngiz Bağırova Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Məlumatdan dəhşətə gələn niderlandlılar bir daha belə qətliamın dünyada təkrarlanmamasını arzulayıblar və beynəlxalq ictimaiyyətin bu cinayətə hüquqi qiymət verməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.

Xəbər lenti