Polşanın Varşava şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri keçirilib.
Tehsil.biz xəbər verir ki, yarışda Azərbaycan milli komandasının tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı İsmayıl İbrahimov 66 kq. çəki dərəcəsində gümüş medal qazanıb.
Qeyd edək ki, Azərbaycan komandası 2 qızıl, 1 gümüş, 2 bürünc medal ilə 32 ölkə arasında üçüncü yeri tutub.