Logo

Təhsil naziri: "Bu ilin sonunda Şuşada ilk məktəbin fəaliyyətə başlaması planlaşdırılır"

01.03.2022 13:18 903 baxış
IMG

"Artıq bu ilin sonunda Şuşada ilk məktəbin fəaliyyətə başlaması planlaşdırılır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu mənada Azərbaycan Dövlət Pedaqoji Universitetində yetişdirilən gənc müəllimlər qarşısındakı tələblər daha da çoxalır: "44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunandan sonra təhsil sisteminin qarşısında daha böyük hədəflər var. Artıq bu ilin sonunda Şuşada ilk məktəbin fəaliyyətə başlaması planlaşdırılır. Bu mənada ADPU-da yetişdirilən gənc müəllimlər qarşısındakı tələblər daha da çoxalır".

Xəbər lenti