Logo

ADU-da “Qarabağın coğrafi mövqeyi, təbii şəraiti və faydalı qazıntıları” adlı tədbir keçirilib

01.03.2022 14:02 745 baxış
IMG

Fevralın 28-də  Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi nəzdindəki Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağın coğrafi mövqeyi, təbii şəraiti və faydalı qazıntıları” adlı tədbir keçirilib.

Regionşünaslıq kafedrasının müdiri dosent  Sevdagül Əliyeva tədbirin  Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi münasibəti ilə  Qarabağa aid  keçiriləcək  silsilə  tədbirlərdən birincisinin Qarabağın coğrafiyasına həsr edildiyini bildirib.

Çıxışı zamanı o, marifləndirmə istiqamətində  Qarabağın əlverişli təbii şəraiti, zəngin faydalı qazıntıları, relyefi, iqlimi, daxili suları haqqında  məlumatların əhəmiyyətli olduğunu vurğulayıb.
AMEA-nın Coğrafiya İnstitutunun böyük elmi işçisi və Regionşünaslıq kafedrasının müəllimi, PhD Sevinc Məmiyeva  “Qarabağın relyefi və geomorfologiyası” adlı çıxışında Qarabağ bölgəsində  Şuşa şəhərinin yerləşməsi və  müdafiəsi baxmından önəmli coğrafi mövqedə olduğunu diqqətə çatdırıb.

AMEA-nın Coğrafiya İnstitutunun böyük elmi işçisi, Regionşünaslıq kafedrasının müəllimi, PhD Gülnar Hacıyeva  “Qarabağın flora və faunası” adlı çıxışında bitki örtüyü, qoruqlar və yasaqlıqlar, təbii sərvətlər haqqında məlumat verib. Eyni zamanda  zəngin polimetal və qızıl yataqlarının hələ Çar Rusiyası dövründə fransızları cəlb etməsi barədə maraqlı məlumatları da bölüşüb.

AMEA-nın Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Regionşünaslıq kafedrasının dosenti Günəş Ağakişiyeva “Qarabağın iqlimi” mövzusunda çıxış edib.  Kənd təsərrüfatının inkişafı üçün əsas 3 faktorun: iqlim, torpaq, su olduğunu deyən dosenti G.Ağakişiyeva Qarabağ iqliminin bu ərazidə kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaratdığını bildirib. 

Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə  “Qarabağın daxili suları” mövzusunda çıxışında  Qarabağın çayları, gölləri, mineral suları və bulaqları haqqında faydalı  məlumatları barədə danışıb.

Tədbir zamanı  Qarabağın təbiəti, iqlimi və faydalı qazıntıları, daxili suları haqqında təqdimatlar və videoçarxlar nümayiş edilib.

Xəbər lenti