Logo

Təhsil naziri: "Bəzi müəllimlər məktəbdə başqa işlərlə məşğul olurlar"

01.03.2022 15:37 6482 baxış
IMG

"Bəzi hallarda müəllimlər məktəbdə birbaşa uşağın öyrənməsinə xidmət edən fəaliyyətlə deyil, digər inzibati işlərlə məşğul olurlar. Bu, aparılan monitorinqlər zamanı məlum olub".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, müəllimlərin sinifdənkənar işi tənzimləmələri ilə bağlı təlimlərə ehtiyacı var: "Müəllimlərin bir qisminin məktəbdə zamanı idarə etməyi, sinifdənkənar işi tənzimləmələri ilə bağlı təlimlərə ehtiyacı var. Ona görə də dərsdən sonrakı saatlarda həmin işləri görə bilərlər ki, dərs zamanı səmərəli istifadə olunsun".

Xəbər lenti