Logo

Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - CAVAB

01.03.2022 18:54 557 baxış
IMG

Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (bundan sonra asas xarici dil) fannindən imtahan verəcəklər.

Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi «Abituriyent» jurnalının 1-ci nömrəsində məlumat verilib.

Qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır.

Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilan digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılır. Həmin abituriyentlərin buraxılış imtahanında asas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.

Xəbər lenti